Bugun.tv xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Başçılığı ölkənin şimalında 8 şəhərdə 15 nöqtədə meşə yanğını davam edir. Əlcəzair Daxili İşlər Nazirliyi dünən 11 şəhərdə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb. Açıqlamada yanğınsöndürmə işlərinin hava və qurudan davam etdirildiyi vurğulanıb. Bicaya və Cicil prokurorluqları ölkənin müxtəlif şəhərlərində 34 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə bağlı istintaq başladıldığını açıqlayıb. Əlcəzairin şimal şəhərlərində 23 iyul bazar günü başlayan meşə yanğınları ilə mübarizə 48 dərəcəni keçən isti dalğaları və isti küləklərin təsiri ilə getdikcə çətinləşir. Meteorologiya İnstitutu ötən gün isti dalğası ilə bağlı xəbərdarlıq səviyyəsini narıncıdan qırmızıya qaldırıb.
Müxbir: Şəms Elnurqızı