Baş xəbərHadisə

Bu ölkə “Telegram”a qoyulan qadağanı ləğv etdi

Bugun.tv xəbər verir ki, İraq hökuməti “Telegram”a qoyulan qadağanı ləğv edib. Avqustun 6-da bağlanan “Telegram”ın sabahdan etibarən istifadəyə veriləcəyi açıqlanıb. İraqın Rabitə Nazirliyi avqustun 6-da “Telegram”a girişin qadağan edilməsi qərarını yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə qəbul etdiyini açıqlayıb. Qərara səbəb dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması olub. İraqda “Telegram”dan aktiv şəkildə istifadə edən İranın dəstəklədiyi şiə silahlıları bu addıma sərt reaksiya verib. Sözügedən şiələr “Telegram”ın bağlanması əmrini ABŞ səfirinin verdiyini iddia ediblər. İraqın Rabitə Nazirliyindən verilən açıqlamada, bu sosial platformaya giriş qadağasının bazar günündən etibarən qaldırılacağı bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu