33 C
Baku
20 İyul 2025, 22:12
Baş xəbərHadisə

Bu ölkədə musson yağışları nəticəsində ölənlərin sayı 113-ə çatdı

Bugun.tv xəbər verir ki, iyunun 25-dən bəri Pakistanda güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib. Yağışların yaratdığı fəlakətlər və qəzalar nəticəsində Hayber Paxtunxva bölgəsi olan Mansehrada 5 nəfər həyatını itirib. Yağışlar nəticəsində Çitral və Sandur birləşdirici yolunun yarım kilometri zədələnib. Aşağı Çitral ilə Yuxarı Çitral arasındakı əlaqə yolun olmaması səbəbindən kəsilib. Ştatda çoxlu evlər dağılıb, avtomobillər su altında qalıb və əkin sahələrinə ziyan dəyib. Pəncab əyalətinin paytaxtı Lahorun Misri Şah Məhəlləsində 2 uşaq seldə boğularaq, Mandi Bahauddin bölgəsində isə 2 qadın evlərinin damının uçması nəticəsində həyatını itirib. Ştatın Pakpattan bölgəsində 1-i uşaq olmaqla 3 nəfəri elektrik cərəyanı vurub. Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur. Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

DİN hesabat yayıb

Aynur Camal

ABŞ jurnalistindən diqqət çəkən sözlər: Biz Rusiya ilə qaynar müharibədəyik! Nüvə həmişəkindən daha yaxındır

Aynur Camal

Fransada 5,3 bal gücündə zəlzələ baş verib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu