Baş xəbər

Havanın temperaturu necə olacaq? -AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bugun.tv-yə verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enərək, 25-i gündüz saatlarında 25-28 dərəcə isti olacaq.

İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bugün TV

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu