28 C
Baku
9 İyul 2025, 12:12
Digər

Budapeştdə 42 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Macarıstanın paytaxtı Budapeştdən 20 km uzaqlıqda 5 yük maşını və 37 avtomobilin iştirakı ilə böyük yol qəzası baş verib. Toqquşma nəticəsində 19 avtomobil yanıb, onlarla insan yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə Budapeşt Baş Polis Departamenti məlumat verib.

“Xəstəxanaya 10-u uşaq olmaqla, 39 yaralı gətirilib. Onların arasında 10 nəfər ağır, qalanı isə yüngül xəsarətlər alıb”.

Bu barədə Milli Təcili Yardım Xidməti məlumat yayıb. Yaralıların təxliyəsi üçün 4 helikopter və 16 təcili yardım maşını cəlb olunub.

İlkin ehtimala görə, hadisənin baş verməsinə görmə qabiliyyətini pisləşdirən və yol hərəkətinə mane olan güclü toz səbəb olub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Mükafatlandırılmış sayt və qəzetlərimiz

Aynur Camal

Ekoloji maarifləndirmə kampaniyaları təşkil olunacaq

Aynur Camal

Havanın temperaturu 8 dərəcə yüksələcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu