33 C
Baku
20 İyul 2025, 19:42
Baş xəbərSiyasət

“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”

Bugun.tv xəbər verir ki, Nəsimi Rayon Gənci Rəvanə Kərimova İyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü barədə şərh yazıb.

Şərhində, bu görüşün Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin bariz göstəricisi kimi tarixə düşdüyünü vurğulayan Rəvanə Kərimova həmçinin qeyd edib:

“Prezident İlham Əliyevin sözləri ilə desək, bu Zirvə görüşünün Qarabağda, Xankəndidə keçirilməsi xüsusi rəmzi və siyasi əhəmiyyət daşıyır.

Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki görüşlər Bakıda təşkil olunsa da, bu dəfə toplantının məhz Xankəndidə- Qarabağın ürəyində baş tutması təsadüfi deyil. Bu addım bir tərəfdən Ermənistanın təxminən 30 il ərzində dağıntılara məruz qoyduğu, işğal altında saxladığı torpaqların bərpası istiqamətində Azərbaycanın atdığı əzəmətli addımların nümayişidir. Digər bir tərəfdən isə bu, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın bərpasına beynəlxalq dəstəyin təcəssümüdür.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində hazırda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. 16 şəhər və kənddə keçmiş məcburi köçkünlərin geri dönüşü təmin olunub və artıq 50 mindən çox insan bu ərazilərdə yaşayır, çalışır və təhsil alır. Məhz bu inkişafın nəticəsidir ki, Xankəndidə yeni və müasir Konqres Mərkəzində belə bir mötəbər beynəlxalq tədbir təşkil olundu.

ECO Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları, o cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışlarında Qarabağın azad olunmasından sonra bölgədə yaranmış yeni reallıqları yüksək qiymətləndirərək Azərbaycanın sülh və inkişaf naminə atdığı addımları alqışladılar. Xüsusilə də regional iqtisadi əməkdaşlıq sahəsində irəli sürülən təkliflər və təşəbbüslər Qarabağın inkişafına töhfə verəcək strateji layihələrin reallaşdırılmasına zəmin yaradır.

Xankəndidə keçirilən bu Zirvə görüşü həm də Azərbaycana qarşı illərlə davam etmiş ədalətsizliklərə bir cavab kimi çıxış edir. Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, mina təhlükəsi, məscidlərin təhqir edilməsi və Azərbaycanın buna baxmayaraq həyata keçirdiyi “Böyük Qayıdış” Proqramından ətraflı bəhs etdi.

Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyada yeni mövqelər qazanmasının və Qarabağın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinin vacib təzahürüdür. Qarabağ indi təkcə Azərbaycanın deyil, həm də regionun sülh, əməkdaşlıq və inkişaf platformasına çevrilir.

Xankəndidə keçirilmiş ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız ərazilərini deyil, həm də beynəlxalq etimadı və dəstəyi qazanaraq regionda sülh və rifahın əsas memarına çevrilir. Bu mötəbər tədbir isə Qarabağın yeni dövrə qədəm qoyduğunu bütün dünyaya bur daha nümayiş etdirdi”.

Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.

Aynur Camal

Oxşar xəbərlər

Torpaq sürüşməsi: Yol nəqliyyata bağlandı

Aynur Camal

“Şəhid imza” layihəsinin icrasına start verildi

Aynur Camal

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşdü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu