23 C
Baku
19 İyul 2025, 2:55
Baş xəbərDünya

Bütün ada bir siçan axtarır! Fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Alyaska ştatındakı Sent-Paul adasında siçan panikası yaşanıb. Adalılar siçanı tutmaq üçün səfərbər olunarkən, adada fövqəladə vəziyyət elan edilib. Ada səlahiyyətliləri, siçanın bölgədəki quşlara böyük zərər verdiyini və siçanı tutmaq üçün adanın hər yerində tələ qurduğunu bildirib. ABŞ-ın Alyaska ştatında Berinq dənizində kiçik bir ada qrupu olan Pribilofsdakı Saint Paul adasında ada sakinləri siçanla bağlı həyəcan təbili çalıblar.

Adadakı tək bir siçanın kövrək ekosistemi məhv etdiyini bildirən ada səlahiyyətliləri, bölgədəki quş müxtəlifliyinin təhlükə altında olduğunu ifadə etdi. Orta hesabla 350 nəfərin yaşadığı bu adada siçanı tutmaq üçün fövqəladə vəziyyət elan edilib.

Səlahiyyətlilər siçovulların bölgədəki digər adalardakı dəniz quşları koloniyalarına da böyük ziyan vurduğunu açıqlayıb.

Yay aylarında siçanlarla bağlı xəbərlər aldıqdan sonra hərəkətə keçən ada rəhbərliyi bu günə qədər siçanın izinə rast gəlməyib. Hava limanlarının ətrafında və müəyyən yerlərdə tələlər qoyulub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Quldurluq edən şəxs saxlanıdı

Nigar Məmmədova

Ceyhun Bayramov Blinkenlə görüşündə Ermənistanın qəbuledilməz davranışını vurğulayıb

Nigar Məmmədova

Narkotik əməliyyatı: 29 nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu