Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Onlar danışıqlar zamanı Dəməşq-Ankara münasibətlərinə də toxunublar.
Bugun.tv xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
Peskovun sözlərinə görə, dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblərr. Həmçinin, Suriya böhranının həllini gündəmə gətiriblər.
Qeyd edək ki, Əsəd böyük bir nazir heyətinin müşayiəti ilə Moskvada səfərdə olub. Onu Vnukovo hava limanında prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar.
Xatırladaq ki, liderlər sonuncu dəfə 2021-ci ilin sentyabrında, Suriya prezidenti Moskvaya gələndə görüşüblər.
Mənbə: TASS