Baş xəbərSosial

“Diplomatiya Könüllüləri” qrupuna qəbul başlayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna qəbula dair mətbuat məlumatı

Bugun.tv-nin məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edib.

Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduqları təqdirdə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

10 aprel 2023-cü il müraciətlərin qəbulu üçün son tarixdir.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək. Mənbə: XİN

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu