27 C
Baku
28 İyun 2025, 13:49
Sosial

Cəlilabadda baş verən yanğında xəsarət alan var

Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı 1 nəfər yanğınsöndürən xəsarət alıb, daha 1 yanğınsöndürən isə zərər çəkib.

Bu barədə  Cəlilabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan biri yüksək qan təzyiqi ilə, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb.

Hadisə yerinə 3 təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Əmək müqavilələrinin sayında artım baş verib

Aynur Camal

“Tanışlıqla, qohumluqla işə düzəlməyə son qoyulmalıdır” – MİLLƏT VƏKİLİ İTTİHAM ETDİ

Bugün TV

“Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 17-18 yaşına qədər həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu