Sosial

Cəlilabadda baş verən yanğında xəsarət alan var

Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı 1 nəfər yanğınsöndürən xəsarət alıb, daha 1 yanğınsöndürən isə zərər çəkib.

Bu barədə  Cəlilabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan biri yüksək qan təzyiqi ilə, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb.

Hadisə yerinə 3 təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.

Şərh yazın