25 C
Baku
27 İyul 2024, 4:24
Baş xəbərDünya

Cənubi Koreya əhalisinin sayı 1970-ci illərin səviyyəsinə düşəcək

Cənubi Koreya dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkədir. Yaxın iki ildə bu səviyyənin daha da aşağı düşməsi, eyni zamanda, əhalinin ümumi sayının 1970-ci illərdən bəri görünməmiş miqyasda azalması gözlənilir.

Bugun.tv xəbər verir ki, yeni məlumatlar Cənubi Koreya, Yaponiya, Sinqapur kimi Şərqi Asiya ölkələrinin üzləşdiyi demoqrafik saatlı bombanı vurğulayır, çünki onların cəmiyyətləri kəskin sənayeləşdirməyə görə daha sürətlə qocalır.

Cənubi Koreyanın Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə ümumi doğum əmsalı (bir qadının həyatı boyu etdiyi doğumların sayı) 2022-ci ildəki 0,78-dən 2025-ci ildə 0,65-dək azalacaq. Bu əmsal ən pis halda 2026-cı ildə bir qadına 0,59-dək düşə bilər.

Müqayisə üçün qeyd edək ki, ABŞ Konqresinin Büdcə İdarəsinin məlumatına əsasən, gözlənildiyi kimi, cari ildə Ştatlarda doğum səviyyəsi bir qadına 1,66 doğum təşkil edəcək və 2030-cu ilə qədər 1,75-dək artacaq, lakin ABŞ-da hələ ki, immiqrasiya səbəbindən əhalinin artımı müşahidə olunacaq.

Bir çox Avropa və sənaye nöqteyi-nəzərindən inkişaf etmiş digər ölkələr də əhalinin qocalması faktı ilə üzləşir, lakin bu dəyişikliklərin sürəti və təsiri immiqrasiya səbəbindən yumşaldılır. Amma Cənubi Koreya, Yaponiya və Çin kimi ölkələr əmək qabiliyyətli əhalinin problemlərini həll etmək üçün kütləvi immiqrasiyadan yayınırlar.

Milli Statistika İdarəsinin məlumatına əsasən, zəif immiqrasiya səbəbindən Cənubi Koreya əhalisinin ümumi sayı, gözlənildiyi kimi, 2024-cü ildəki 51,75 milyondan 1977-ci ildən bəri müşahidə olunmayan səviyyəyə – 36,22 milyona qədər azalacaq.

Ekspertlər regionda demoqrafik azalmaların səbəbləri kimi tələbkar iş mədəniyyətini, əmək haqqının durğunluğu, yaşayış xərclərinin artması, evliliyə və gender bərabərliyinə münasibətin dəyişməsi, eləcə də gənc nəsildə artan məyusluğu qeyd edirlər.

İntizar Əmirova

Oxşar xəbərlər

Narkotik əməliyyatı

İntizar Əmirova

Yanğında ölənlər var

Bugün TV

Qazaxıstanda terrorizmin təbliği ilə məşğul olan mütəşəkkil cinayətkar qruplar zərərsizləşdirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu