28 C
Baku
10 Sentyabr 2024, 19:09
Baş xəbərDünya

Cənubi Koreyada saxta cinsi şəkillərə görə Telegram-a qarşı araşdırma başladılıb

Cənubi Koreyada süni intellektlə yaradılan “saxta cinsi məzmunlu görüntülər” ölkədə hiddət doğurduqdan sonra sözügedən görüntülərin yayıldığı Telegram mesajlaşma tətbiqi ilə bağlı ilkin araşdırmaya başlanıldığı açıqlanıb.

Yonhap-ın xəbərinə görə, polis Cənubi Koreyada süni intellektin yaratdığı “saxta cinsi görüntülər”in yayılmasından sonra hərəkətə keçib.

Məsələ ilə bağlı açıqlama verən Milli İstintaq İdarəsinin rəhbəri Woo Jong-soo, sözügedən görüntülərin yayıldığı Telegram-a qarşı “cinayətə rəvac vermə” səbəbi ilə ilkin istintaq açıldığını bildirib.

İstintaqdakı çətinliklərə diqqət çəkən Woo, “Telegram hesab məlumatları kimi məlumatları dövlət istintaq orqanlarına asanlıqla təqdim etmir” deyib.

Woo, polisin Telegram-ı araşdırmaq üçün Fransa səlahiyyətliləri və beynəlxalq qurumlarla əməkdaşlıq etməyi planlaşdırdığını vurğulayıb.

Əksəriyyəti qadın və çoxlu qurbanların manipulyasiya edilmiş səslərini və şəkillərini ehtiva edən “deepfake” adlı üsulla ölkədəki məktəb və universitetlərə bağlı bəzi söhbət qrupları vasitəsilə “seksual görüntülərin” yayıldığı müəyyən edilib.

Sosial şəbəkə istifadəçiləri sinif yoldaşları və müəllimləri kimi tanıdıqları insanların fotolarını bəzi qruplara yükləyib, digər istifadəçilər isə bu fotolardan istifadə edərək saxta görüntülər yaradaraq ölkə daxilində reaksiyalara səbəb olublar.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol mövzu ilə bağlı açıqlamasında “Qurbanlar əsasən azyaşlılar, görüntüləri yayan şəxslər isə gənclərdir” deyib.

Reaksiyalardan sonra Seul Mərkəzi Rayon Məhkəməsi 28 yaşlı kişini təxminən 400 “deepfake” videosu hazırlamaqda və internetdə 1700-ə yaxın belə görüntü yaymaqda təqsirli bilib.

Saxta seksual görüntülərin paylaşıldığı qruplardan birinin 133 mindən çox üzvü olduğu və qurbanlarının çoxunun orta məktəb və lisey şagirdləri ilə yanaşı, universitet tələbələri, müəllimlər və hətta hərbi qulluqçular olduğu bildirilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Güclü daşqınlar nəticəsində 15 nəfər öldü

Aynur Camal

Yol qəzası: 2 polis yaralandı

İntizar Əmirova

Son sutka ərzində nazirlər kabinetinin COVID 19-Ia bağlı açıqlaması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu