28 C
Baku
19 İyul 2025, 12:21
DünyaHadisə

Cənubi Koreya dənizə düşən Şimali Koreya raketini çıxarmağa çalışır

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Li Çen Supun açıqlamasına görə, kosmosa buraxılarkən Sarı dənizə düşən Şimali Koreya raketinin qalıqlarını çıxarmağa çalışırlar.

Həyata keçirilən əməliyyatların hələ 2 gün çəkəcəyi gözlənilir.

Raketin 15 metr uzunluğundakı hissəsinin dənizin 75 metr dərinliyində olduğunu bildirən Li, bütün parçaları toplamaq üçün diqqətlə təqib etdiklərini, lakin parçaların ağırlığı və su altında zəif görünmə səbəbiylə prosesin uzun sürdüyünü söyləyib.

Müdafiə naziri qeyd edib ki, Pxenyanın dünən uğursuz raket cəhdinə səbəb daşıyıcı sistemdəki nasazlıq olub. ABŞ və Birləşmiş Millətlər Təşkilatı (BMT) də Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi casus peyki buraxmaq cəhdini pisləyib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə silahı proqramına görə tətbiq etdiyi sanksiyalar çərçivəsində ona idarə olunan raket texnologiyası ilə buraxılışını qadağan edib.

Mənbə: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

Kpop ulduzu niyə öldü?

Bugün TV

BƏƏ-nin şimalında Yeni il atəşfəşanlığı iki dünya rekordu qırdı

Bugün TV

Putin düyməni basdı: Rusiya Ukraynaya qarşı nüvə ekvivalenti hücuma hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu