Baş xəbərSəhiyyə

Azərbaycan Səhiyyə Nazirliyində Ümumdünya Hemofiliya Federasiyasının prezidenti ilə görüş keçirilib

Bugun.tv xəbər verir ki, Azərbaycanın Səhiyyə Nazirliyində Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarrido ilə görüş keçirilib.
Öz çıxışında səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda bir sıra mühüm tədbirlər görülməkdədir. Prezident İlham Əliyev tərəfindən hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib. Həmçinin, 2005-ci ildə bu sahədə Dövlət Proqramı qəbul olunub, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə dövlət hesabına təqdim edilir.
Teymur Musayev qeyd edibi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması nəticəsində bu xəstəliyin müalicəsinin müasir səviyyədə təşkili mümkün oldu: “Ölkədə hemofiliyalı xəstələrin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim nəzarətində və diqqətindədir”.
Azərbaycanın səhiyyə naziri həmçinin qeyd edib ki, hemofiliya xəstəliyi multidisiplinar yanaşma tələb etdiyindən onun müalicəsi daha kompleks şəkildə aparılmalıdır. “Ölkəmizdə görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, bu xəstəlikdən əlillik hallarının azaldılmasına nail olunub”, – deyə Teymur Musayev fikrini tamamlayıb.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən WFH-nin prezidenti Azərbaycanda hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Sezar Qarrido WFH tərəfindən Səhiyyə Nazirliyi və ölkəmizin digər səhiyyə qurumları ilə birgə Bakıda qanın laxtalanma pozğunluğundan əziyyət çəkən insanların maraqlarını qorumaq məqsədilə keçirilən konfransın vacibliyini qeyd edib.
Görüşdə Ümumdünya Hemofiliya Federasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə layihələrinin reallaşdırılması barədə faydalı müzakirələr aparılıb.

Mənbə: Səhiyyə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İpoteka kreditlərinin aylıq həcmlərində azalma var

Kəmalə Sultan

“Müəllim topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır”

Aynur Camal

Azərbaycanda özbək mətbəxi həftəsi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu