17 C
Baku
10 İyun 2025, 2:16
Dünya

Cənubi Koreya Dokdo adalarına görə Yaponiyaya etiraz edib

xarici xəbərlər. 

 “Koreya Respublikası hökuməti Yaponiyanın tarixi, coğrafi və beynəlxalq hüquqa uyğun olaraq açıq-aşkar Koreya Respublikasının ərazisi olan Dokdo adalarının ərazi mənsubiyyətinə dair yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında yer alan əsassız iddialarına kəskin etiraz edir” – deyə məlumatda bildirilib.  Koreya Respublikası hökuməti Yaponiyanın yeni Milli Təhlükəsizlik Strategiyasında yer alan Dokdo adalarına qarşı “əsassız ərazi iddiaları” kimi təsvir etdiyi şeyə görə Tokioya etiraz edib.

“Koreya Respublikası hökuməti Yaponiyanın tarixi, coğrafi və beynəlxalq hüquqa uyğun olaraq açıq-aşkar Koreya Respublikasının ərazisi olan Dokdo adalarının ərazi mənsubiyyətinə dair yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında yer alan əsassız iddialarına kəskin etiraz edir. Biz israrla bu iddiadan əl çəkməyə çağırırıq”, – Cənubi Koreya Xarici İşlər Nazirliyi öz saytında bildirib.

Yaponiya hakimiyyəti strategiyanı cümə günü açıqlayıb.

 “Tokionun Dokdoya iddiaları ilə bağlı təkrarlanan əsassız bəyanatlar heç bir halda gələcəyə yönəlmiş ikitərəfli münasibətlərin qurulmasına kömək etmir”, – Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib. Cənubi Koreya tərəfi Yaponiyanın “iddialarının” Koreya Respublikasının adalar üzərindəki suverenliyinə heç bir təsiri olmayacağını və Seulun “istənilən təxribata qətiyyətlə cavab verəcəyini” vurğulayıb.

Dokdo adaları (Takeşima, həmçinin Liankurt qayaları kimi tanınır) onilliklər ərzində Tokio və Seul arasında mübahisənin mərkəzindədir. Hazırda bu kiçik arxipelaq Koreya Respublikasının nəzarətindədir. O, 1905-ci ildə Yaponiya prefekturasına daxil edilib. İkinci Dünya Müharibəsindən sonra Yaponiya arxipelaq üzərində nəzarəti itirib. Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Finlandiya Ukraynaya təxminən 200 milyon avroluq hərbi yardım paketi açıqlayıb

Aynur Camal

KİV: ABŞ Çinin amerikalılar haqqında məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur

Teymur Əziz

Spirtli içki qəbul etməsə də qanında spirt yaranır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu