Bugun.tv xəbər verir ki, Cənubi Koreya limanlarından Rusiyaya göndərilən yanacaqla bağlı araşdırma başlayıb və qanun pozuntusu müəyyən edilərsə, hüquqi tədbirlər görüləcəyi açıqlanıb.
The Guardian-ın araşdırmasına görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyanın Uzaq Şərqinə 176 min tondan çox, əsasən dizel yanacağı daşınıb. Yüklər 7 tanker vasitəsilə 14 səfər zamanı çatdırılıb.
Tankerlərdən 3-nün Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altında olduğu bildirilir.
Cənubi Koreya hökuməti isə həmin neft məhsullarının ölkənin Rusiyaya tətbiq etdiyi ixrac məhdudiyyətlərinə daxil olmadığını bildirib. Bununla yanaşı, yanacağın mənşəyi, tankerlərin faktiki marşrutları və bəyan edilən təyinatlarla bağlı məlumatların araşdırıldığı açıqlanıb.
Seul qanun pozuntusu aşkar ediləcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Mənbə: The Guardian
