Bugun.Tv xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsində məcburi köçkünlərin sığındığı çadıra İsrail pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir fələstinli həlak olub, daha bir nəfər yaralanıb.
Anadolu Agentliyinin məlumatına görə, hadisə noyabrın 5-i səhər saatlarında Əl-Zəvayda ərazisinin qərbində baş verib. Əl-Əqsa Şəhidləri Xəstəxanasının tibbi mənbələri bildiriblər ki, pilotsuz uçuş aparatı çadıra iki raket atıb. Həlak olan şəxsin Əbd Vəlid Matar olduğu müəyyənləşdirilib.
Qəzzanın müxtəlif bölgələri hücuma məruz qalıb
Məlumata görə, həmin vaxt Qəzza şəhərinin şərq hissəsi artilleriya atəşinə tutulub, İsrail hərbi dəniz qüvvələri isə sahil istiqamətində atəş açıb. Şəhərin Əl-Kərama məhəlləsinə də pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Bundan başqa, Xan Yunisin şərqində dağıntı əməliyyatı həyata keçirilib.
Hücumlar 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasının davam etdiyi bir vaxtda baş verib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə isə, atəşkəs qüvvəyə mindikdən sonra İsrailin razılaşmanın pozulması kimi qiymətləndirilən hücumları nəticəsində 1599 fələstinli həlak olub, 5774 nəfər yaralanıb.
Mənbə: Anadolu Agentliyi
