18 C
Baku
23 Oktyabr 2025, 0:42
Baş xəbərDünya

Casus balina bu dəfə İsveç sahillərində göründü

Bugun.tv xəbər verir ki, 2019-cu ildə Norveçdə görülən və Rusiya donanmasının öyrətdiyi “casus” balina olduğu iddia edilən ağ balina bu dəfə İsveç sahillərində görüntülənib.

İlk dəfə Norveçin Finnmark bölgəsində kəşf edilən balina bazar günü İsveçin cənub-qərb sahilindəki Hunnebostrand bölgəsində aşkar edilib.

Dəniz bioloqu Sebastian Strand balinanın təbii mühitdən sürətlə uzaqlaşdığını və bunun səbəbinin bilinmədiyini bildirib.

“Bu, onu həyat yoldaşı tapmağa vadar edən hormonlar ola bilər. Ya da tənhalıq ola bilər – çünki beluga balinaları çox sosial növdür” dedi Strand.

Sözügedən balina ilk dəfə Norveçdə peyda olanda Norveç Balıqçılıq İdarəsinin dəniz bioloqları ona bağlanmış süni bir kəmər tapdılar.

Kəmərdə hərəkət kamerasının bağlana biləcəyi mexanizm və üzərində “Avadanlıq Sankt-Peterburq” yazısı olan plastik toqqa var idi.

Moskva isə balinanın “rus casusu” olması ilə bağlı iddialara rəsmi cavab verməyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Elektrikli skuterlər velosipedlərdən üç dəfə daha təhlükəlidir

Aynur Camal

Trampın “məhdud müdafiə” qərarı verildi

Bugün TV

Katoliklərin ruhani lideri Papadan Yaxın Şərqdə atəşkəs çağırışı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu