4 C
Baku
14 Dekabr 2025, 5:36
Baş xəbərSiyasət

Çavuşoğlu: Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar.

Bu barədə Çavuşoğlu Daşkənddə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında bildirib.

Yüksək rütbəli diplomat Ankaranın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini təsdiqləyib.

Çavuşoğlu xatırladıb ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirib.

“İki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə ən yüksək səviyyədədir”.- deyə o vurğulayıb.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

“Muğam Günləri” adlı internet aksiyasına start verildi

Aynur Camal

“Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir”

Aynur Camal

Venesuela və Rusiya əməkdaşlıqda heyranedici nəticələr əldə edirlər – Maduro

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu