Baş xəbərSiyasət

Çavuşoğlu: Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar.

Bu barədə Çavuşoğlu Daşkənddə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında bildirib.

Yüksək rütbəli diplomat Ankaranın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini təsdiqləyib.

Çavuşoğlu xatırladıb ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirib.

“İki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə ən yüksək səviyyədədir”.- deyə o vurğulayıb.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Bakı Forumu qlobal mənzil böhranı üçün yol xəritəsi kimi qiymətləndirildi

Aynur Camal

Tanzaniya və Rusiya ticarət və investisiya əməkdaşlığını genişləndirəcək

Aynur Camal

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu