Baş xəbərSiyasət

Çavuşoğlu və Blinken Ukrayna taxılının ixracına dair razılaşmanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken  telefon danışığı zamanı Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının bərpasına dair BMT-nin dəstəklədiyi sazişlə bağlı vəziyyəti müzakirə ediblər.

Türkiyə Xarici  İşlər Nazirliyindən verilən məlumata görə, yüksək səviyyəli Türkiyə və ABŞ diplomatları da ikitərəfli əlaqələrdən danışıblar.

İyulun 22-də Türkiyə, BMT, Rusiya və Ukrayna Rusiya-Ukrayna müharibəsi səbəbindən  6-cı aydır ki, tıxalı qalan taxıl üçün üç Ukrayna limanının açılması haqqında saziş imzalayıb.

Razılaşma tərəflərin İstanbulda danışıqlar zamanı limanın giriş-çıxışlarında və təhlükəsiz marşrutlarda birgə yoxlamalar aparmaq üçün BMT-nin himayəsi altında klirinq mərkəzinin yaradılması planı üzrə razılığa gəlməsindən sonra əldə edilib.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

İran Hörmüz boğazında yeni gəmiçilik marşrutu elan etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu