Dünyaİdman

“Çelsi” Arsen Zaxaryanla maraqlanmadıqlarını söylədi

“Çelsi”nin mətbuat katibi Tobi Kreyq klubun hələ də Moskvanın “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı almaqda maraqlı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və onları yalan adlandırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Sport24 məlumat yayıb.

Bundan əvvəl ingilis jurnalist Feliks Conston bildirmişdi ki, “Çelsi” hələ də Zaxaryanla maraqlanır. Lakin Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi sanksiyalara görə “Dinamo”nun yarımmüdafiəçisinin transferi ilə bağlı problem yaşayır. Futbolçunun London klubuna mümkün transferi ilə bağlı söz-söhbətlər keçən il dolaşırdı.

Qeyd edək ki, 20 yaşlı Zaxaryan bu mövsüm “Dinamo”nun heyətində 35 matçda 5 qol vurub, 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Rusiya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bugün TV

Oxşar xəbərlər

Məktəblilər üçün interaktiv qlobus coğrafiyanı əzbərləmədən öyrənməyə kömək edir

Aynur Camal

Süni intellektə görə məlumat mərkəzlərinə qarşı qlobal etirazlar artır

Aynur Camal

Yaxın Şərqdə gərginlik Avropa birjalarını aşağı saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu