3 C
Baku
14 Dekabr 2025, 23:13
Hadisəİdman

Çempion bodibilder yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Rusiya çempionu və Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti İrina Boqrunova Moskvadakı Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bodibilder şəxsi avtomobilində siqaret yandırmağa çalışıb. Lakin əsən külək alışqan alovunu Boqrunovanın saçına göndərib. İdmançı üz, boyun və qollarından ağır yanıq xəsarətləri alıb.

Hadisə paytaxtın Stroqino rayonunda baş verib. Boqrunovanın vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.

41 yaşlı Boqrunova bodibildinq və bench press üzrə idman ustasıdır. Peşəkar karyerasını bitirdikdən sonra rus qadın məşqçilik və bodibildinqi populyarlaşdırdı.

Mənbə lenta.ru

Könül Kərimova

Oxşar xəbərlər

Keçmiş iqtisadiyyat naziri yol qəzası keçirdi! – FOTO

Bugün TV

Paytaxtda bir nəfər intihara cəhd etdi

Aynur Camal

Türkiyədə zəlzələdə dağılmış binanın inşaat müdiri həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu