Baş xəbərDünya

Cennifer Lopez Səudiyyə Ərəbistanında konsert verdi

Cennifer Lopez Səudiyyə Ərəbistanında keçirilən Formula 1 Qran Pri yarışına qatılıb, yarışçılarla görüşüb və konsert proqramı ilə çıxış edib. Konsert sahəsinin Kəbənin də daxil olduğu Məscidül-Haram bölgəsindən təxminən 80 kilometr aralıda olduğu öyrənilib.

Səudiyyə Ərəbistanı bu dəfə Cennifer Lopezin konserti ilə yenidən tənqid hədəfinə çevrilib.

Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında son illərdə bir çox islahatlar və dəyişikliklər həyata keçirib və bunu davam etdirir.

Ölkə iqtisadiyyatını şaxələndirmək və turizm sektorunu canlandırmaq üçün müxtəlif əyləncə tədbirləri və təşkilatlar təşkil etməklə beynəlxalq diqqəti cəlb etməyə çalışır. Bunun ən son nümunəsi Cennifer Lopezin konserti oldu.

LOPEZ FORMULA 1 QRAN-PRİ YARIŞI ÜÇÜN SƏUDİYA ƏRƏBİSTANINA GƏLİR

Lopez Səudiyyə Ərəbistanında keçirilən Formula 1 Qran Pri yarışına qatılıb, yarışçılarla görüşüb və konsert proqramı ilə çıxış edib. Lopez F1 Səudiyyə Ərəbistanı Qran Prisində Usher və Mayor Lazerlə birlikdə əsas ifaçı kimi çıxış edib.

Maraqlı konsert verən Lopez Çarlz Leklerin Ferrari F1 avtomobili və yarış komandası ilə görüntülənib.

Konsert sahəsinin Kəbənin də daxil olduğu Məscidül-Haram bölgəsindən təxminən 80 kilometr aralıda olduğu öyrənilib.

Lopesin konsertindən sonra sosial şəbəkələrdə reaksiyalar uçqun kimi böyüyüb.

Konsert izləyicilərin çox olduğu bir vaxtda Lopezin rəqsləri də gecədə iz buraxıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“İsrailin istənilən terror aktına görə ABŞ məsuliyyət daşıyacaq”

Aynur Camal

AB-dən Trampın mesajı: Biz bunu səbirsizliklə gözləyirik

Aynur Camal

“Səsin sehri” adlı kitabın təqdimatı keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu