Dünya

CENTCOM elan etdi: Husilər Rusiyadan Çinə bitki yağı daşıyan ticarət gəmisinə hücum ediblər

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Rusiyadan Çinə bitki yağı daşıyan, İsrailə məxsus və Monako tərəfindən idarə olunan Panama bayraqlı MT Bentley I ticarət gəmisinə hücum təşkil etdiyini açıqlayıb.

CENTCOM-dan verilən açıqlamada, “İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayraqlı, İsrailə məxsus və Monakoya məxsus MT Bentley I tanker gəmisinə çoxsaylı hücumlar həyata keçirib.

İranın dəstəklədiyi husilər bu hücumda 4 pilotsuz dəniz vasitəsi və iki kiçik qayıqdan istifadə ediblər. İranın dəstəklədiyi husilər daha sonra Yəməndə husilərin nəzarətində olan ərazidən Qırmızı dənizin o tayından MT Bentley I-ə doğru gəmi əleyhinə ballistik raket atıblar. “Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib”.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

İranın PUA hücumu Küveyt hava limanını vurdu: 63 nəfər yaralandı

Aynur Camal

Alimlərdən xəbərdarlıq: Ekranlar uşaqların psixikasını dəyişə bilər

Aynur Camal

Livana hücumlar davam edir: 12 nəfər həlak olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu