Tayvan, süni intellekt, saxta videolar, BBC Verify, dezinformasiya, siyasi manipulyasiya, yerli seçkilər, kibertəhlükəsizlik
Dünya

Siyasətçiləri hədəf alan 500-dən çox saxta süni intellekt videosu yayıldı

Tayvanda qarşıdan gələn yerli seçkilər ərəfəsində hakim partiyanın siyasətçilərinə qarşı süni intellekt vasitəsilə hazırlanmış yüzlərlə saxta video yayılıb. Videolarda ölkə prezidenti və digər siyasi xadimlər haqqında həqiqətə uyğun olmayan iddialar irəli sürülür.

Bugun.tv xəbər verir ki, araşdırmaya əsasən, son bir il ərzində Tayvanın hakim Demokratik Tərəqqi Partiyasını (DPP) hədəf alan 500-dən çox saxta video hazırlanıb. Bu videolar 2025-ci ilin mayından etibarən müxtəlif so sial şəbəkələrdə on milyonlarla dəfə izlənilib. İzlənmə sayının yarıdan çoxu isə son dörd ayda qeydə alınıb.

Saxta görüntülərdə Tayvan Prezidenti Lai Çinq-te barədə onun ABŞ-da yaşıl kartının olduğu və Çinlə müharibə başlayacağı təqdirdə ölkəni tərk edəcəyi iddia edilir. Prezident Aparatı bu məlumatları yalan adlandırıb.

Digər videolarda isə Taypeyin merliyinə namizəd Puma Şen narkotik vasitələrdən istifadə edirmiş kimi göstərilib. O, bu iddiaları rədd edib. Bəzi görüntülərdə siyasətçilər uşaqlara məxsus geyimlərdə və ya məşhur film qəhrəmanlarının obrazında təqdim olunaraq ələ salınıblar.

Saxta videoların arxasında kim dayanır?

BBC Verify-nin araşdırması bu fəaliyyətin Çinlə əlaqəli şəbəkə ilə bağlı ola biləcəyini göstərir. Sosial şəbəkələrdəki bəzi hesabların yerləşmə yeri kimi Çin və Honkonq göstərilib. Videoların bir qismi isə “noxparable” adlı hesab vasitəsilə yayılıb və ya bu adla işarələnib.

Mütəxəssislər hesab edirlər ki, belə saxta materialların məqsədi seçicilərin siyasətçilərə və demokratik proseslərə inamını zəiflətməkdir.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

“Qara dənizin Göbəklitəpəsi” adlandırılan qədim məkan su altında qalmaq təhlükəsi ilə üzləşib

Aynur Camal

350 min uşaq qızılca və məxmərək peyvəndindən məhrum oldu

Aynur Camal

Nüvə sınaqlarının keçmiş hərbçilərin sağlamlığına təsiri araşdırılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu