Siyasət

Ceyhun Bayramov: “Azərbaycanın tələbləri nəticə verdi”

Xarici işlər naziri  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın “vəzifəsindən azad edilməsi”nə münasibət bildirib.

Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan əvvəlcədən Qarabağ erməniləri ilə təmasları elan etmişdi.

“Biz dəfələrlə bəyan etmişik ki, kənardan gələn və ya gətirilən şəxslərlə deyil, Qarabağdakı ermənilərlə danışacağıq. Görünür ki, Azərbaycanın haqlı tələbləri öz nəticəsini verdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 23-də Ruben Vardanyan qondarma vəzifəsindən azad olunub. Onun yerinə separatçıların “baş prokuroru” Qurgen Nersisyan “təyinat alıb”. Ekspertlər düşünürlər ki, bu, Azərbaycanın Vardanyana qarşı tutduğu prinsipial mövqenin nəticəsidir.

Bugün TV

Oxşar xəbərlər

Finlandiya nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə yaşıl işıq yandırıb

Aynur Camal

Rusiya və ASEAN mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu