11 C
Baku
11 Aprel 2026, 20:49
Baş xəbər

Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

Xarici İşlər Nazirliyi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb. Bu barədə Şimali Kiprin XİN başçısı tviter hesabında yazıb.

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, – nazir bildirib.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu