Digər

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Bu gün məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi, müsəlman şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

1823-cü il  yanvarn 25-də  Bakıda  başmaqçı  ailəsində Zeynalabdin adında bir  oğlan dünyaya gəldi. İllər keçdi və Zeynalabdin   nüfuzlu neft maqnatlarından  və mesenatlardan biri kimi  adını Azərbaycan tarixinə yazdırdı.

Zeynalabdin Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında  bənna, daha sonra podratçı işləyib.  O vaxtlar Bakıda  neft bumu hökm sürürdü.  Zeynalabdin  iki şəriki ilə birlikdə Bibiheybətdə  torpaq icarəyə götürür.  Nə qədər quyu qazsalar da,  neft çıxmır ki çıxmır. Şərikləri öz paylarını satırlar və Zeynalabdin torpağın tək sahibinə çevrilir.  O, qibtəediləcək  inadkarlıqla  qazma işlərinə  davam edir.  Nəhayət quyu fontan vurur.  Kasıb başmaqçı Tağının oğlu palçıq daşıyan  Zeynalabdin bir anda  milyonçu Tağıyevə çevrilir.

H.Z.Tağıyev öz adını tarixə humanist- xeyriyyəçi kimi yazdırmağı bacarır. O, sərvətlərini özü üçün yox, xalq üçün xərcləyir.

Sevgi və ehtiramla anırıq!

 

 

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“Azərişıq” sədri vətəndaşları qəbul etdi – Foto

Nigar Məmmədova

F.Şahbazlı: “Bizim haqlı tələblərimiz yerinə yetirilənə kimi bu aksiya davam edəcək”

Bugün TV

“3391 kilometr” məsafəli sevgi hekayəsi “CinemaPlus”-da

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu