Mövlud günü, Mövlud Kandili, Ceyhun Məmmədov, Məhəmməd Peyğəmbər, 24 avqust 2026, müsəlmanlar, İslam dini, dini günlər
Baş xəbər

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Bugun.tv xəbər verir ki, bu gün – 24 avqust müsəlman dünyasında Məhəmməd Peyğəmbərin (s) mövludu münasibətilə Mövlud günü kimi qeyd olunur. 2026-cı ilin dini təqviminə əsasən, Mövlud günü hicri təqvimlə 11 Rəbiüləvvəl 1448-ci il tarixinə təsadüf edir.

Mövlud müsəlmanlar üçün Məhəmməd Peyğəmbərin (s) dünyaya gəlməsini yad etmək, onun həyatını, gözəl əxlaqını və insanlara çatdırdığı mənəvi dəyərləri xatırlamaq baxımından əlamətdar günlərdən biridir.

Bu gün münasibətilə insanlar dua edir, Peyğəmbərin (s) həyat və fəaliyyətini yad edir, mərhəmət, xeyirxahlıq, sülh və mənəvi dəyərlərə daha çox diqqət yetirməyə çalışırlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Mövlud günü münasibətilə müsəlmanlara təbrik ünvanlayıb.

Deputat sosial media hesabında paylaşdığı təbrikində bu mübarək gecənin Allahın Rəsuluna olan sevgini yeniləmək, onun gözəl əxlaqını həyatımıza daha çox yansıtmaq, qəlbi dua, mərhəmət və xeyirxahlıqla zənginləşdirmək üçün gözəl fürsət olduğunu bildirib.

Ceyhun Məmmədov Uca Allahın bütün duaları qəbul etməsini, insanların qəlbinə nur, evlərinə bərəkət, ailələrinə əmin-amanlıq bəxş etməsini diləyib.

Deputat paylaşımının sonunda “Mövlud Kandiliniz mübarək olsun! Allahın rəhmət və bərəkəti üzərinizdən əskik olmasın!” deyə müsəlmanları təbrik edib.

Mövlud günü, Mövlud Kandili, Ceyhun Məmmədov, Məhəmməd Peyğəmbər, 24 avqust 2026, müsəlmanlar, İslam dini, dini günlər

Aynur Camal

Oxşar xəbərlər

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Vüqar Bayramov: Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 34 faiz artdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu