Image default
Baş xəbərSosial

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Bugun.tv – xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə həyata keçirilən “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində Məclis üzvləri ilə görüş keçirib.

Deputat bildirib ki, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi, ana dilinin, tarixin və zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi dövlət və cəmiyyət qarşısında duran ən vacib vəzifələrdəndir. Onun sözlərinə görə, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür.

Deputat Ceyhun Məmmədov

Ceyhun Məmmədov çıxışı zamanı gənclərə daim öz üzərlərində çalışmağı, bilik və bacarıqlarını artırmağı, milli dəyərlərə sadiq qalaraq Azərbaycanın inkişafına töhfə verməyi tövsiyə edib. Deputat vurğulayıb ki, bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsi ölkənin gələcək uğurlarının əsas təminatıdır.

Görüşün sonunda deputat tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Uşaq Səfirlər Məclisinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabını hədiyyə edib.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu