23 C
Baku
19 İyul 2025, 3:04
Baş xəbərDünya

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ baş verdi

Çilinin Antofaqasta bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib.

Bugun.tv xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Antofaqasta bölgəsindəki Tokopilla şəhərindən 22 kilometr şimalda yerləşib.

İlkin məlumata görə, 54 kilometr dərinlikdə baş verən zəlzələ zamanı dağıntı və ölüm faktı qeydə alınmayıb.

Çili mətbuatının məlumatına görə, zəlzələnin maqnitudası 5,9 olaraq hesablanıb.

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Teymur Əziz

Oxşar xəbərlər

Yol polisi vətəndaşlara müraciət etdi

Kəmalə Sultan

Pentaqon İsrailə hərbi yardımın dayandırıldığını təsdiqlədi

Şükufə Ramizqızı

NASA astronavtlar üçün süni intellekt chatbot hazırlayır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu