Baş xəbərDünya

Çin ABŞ-ın beş hərbi şirkətinə sanksiya tətbiq etdi

Çin Tayvana yaxın günlərdəki silah satışına görə beş Amerika şirkətinə sanksiya tətbiq edib və ABŞ-a etirazını bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Birləşmiş Ştatlar Çinin Tayvan bölgəsinə silah satmaqla və müxtəlif bəhanələrlə Çin şirkətləri və fərdi şəxslərinə qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə, ÇXR-in suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur.

Beş Amerika hərbi şirkətinə tətbiq olunan sanksiyalara onların Çindəki daşınar, daşınmaz və digər əmlak növlərinin dondurulması daxildir. Habelə Çin təşkilatlarının və fiziki şəxslərin həmin şirkətlərlə ticarət, əməkdaşlıq və digər fəaliyyətlərinə qadağa qoyulub.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu