6 C
Baku
6 Fevral 2026, 22:35
Dünya

Çin alimləri kosmosda kəpənək yetişdirməyə nail oldu

Ay və Marsda kənd təsərrüfatı

Çin alimləri “kosmik kənd təsərrüfatı” konsepsiyası çərçivəsində mühüm uğura imza atıb. Çunsin Universitetinin tədqiqatçıları Yer orbitində mikroqravitasiya şəraitində kəpənəyin pupadan çıxmasını uğurla təmin ediblər.

Məlumata görə, pupa universitetin hazırladığı kiçik eksperimental ekosistemə yerləşdirilərək kosmosa göndərilib. Həşəratlar 2025-ci il dekabrın 13-də Kuaizhou-11 Y8 raketi ilə AZSPACE şirkətinə məxsus Dier-5 adlı kosmik eksperimental aparata çatdırılıb.

Ekosistem aşağı Yer orbitində yerləşən pilotsuz aparat üzərində olub. Sonradan alimlərin əldə etdiyi görüntülər göstərib ki, hermetik kamerada temperaturun təxminən 30°C olması kəpənəyin normal şəkildə çıxmasına şərait yaradıb. Kəpənək bir neçə gün yaşayıb, kamera daxilində sərbəst uçub və bəzən bitkilərin yarpaqlarında dincəlib.

Tədqiqatçılar bildirirlər ki, kəpənəyin həyat dövrünün əsas mərhələsinin kosmosda başa çatması Yer mənşəli canlıların ekstremal mühitə davamlılığını yoxlamağa və gələcək kosmik həyat təminatı texnologiyalarına dair dəyərli məlumatlar əldə etməyə imkan verir.

Alimlərin fikrincə, kosmik kənd təsərrüfatında hər bir mərhələnin orbitdə təkrarlanması vacibdir və gələcəkdə kəpənəklər bitkilərin tozlanmasında mühüm rol oynaya bilər. Bu konsepsiya gələcəkdə Ay və Marsda fermaların yaradılmasını və insanların uzunmüddətli kosmik yaşayışını təmin etməyi hədəfləyir.

Bildirilir ki, növbəti mərhələdə ekosistemin davamlılığı, komponentlərin kosmos şəraitinə uyğunlaşması və hermetikliyin uzun müddət qorunması test ediləcək.

Kosmik kənd təsərrüfatı
Çin alimləri kosmosda kəpənək yetişdirməyə nail oldu

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Yeni START müqaviləsinin bitməsi nüvə təhlükəsini artırır

Aynur Camal

Luvr soyğununda zədələnən İmperatriça tacının son vəziyyəti açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu