Dünya

Alimlər çiyələyi daha uzun müddət təzə saxlamağın yeni üsulunu tapdı

Çilidə aparılan elmi araşdırma nəticəsində çiyələyin saxlanma müddətini uzadan innovativ biotexnoloji üsul hazırlanıb.

Tədqiqatçılar çiyələyin təravətini, sıxlığını və rəngini daha uzun müddət qorumağa imkan verən xüsusi sistem yaradıb. Bu texnologiya meyvənin dadına və ətrinə mənfi təsir göstərmir.

Texnologiya necə işləyir?

Yeni üsulun əsasında maya hüceyrələri dayanır. Alimlər xüsusi seçilmiş mayalardan istifadə edərək qaz ifraz edən sistem hazırlayıblar. Bu qaz çiyələyin həm yetişməsini dəstəkləyir, həm də onun tez xarab olmasının qarşısını alır.

Araşdırmaçılar mayaların xüsusiyyətlərini gen mühəndisliyi olmadan, təbii üsullarla gücləndiriblər. Nəticədə bu mikroorqanizmlər qidaların təravətini qoruyan maddəni əvvəlkindən təxminən 9 dəfə çox istehsal edə bilir.

Praktik üstünlüklər

  • Yeni texnologiya sayəsində çiyələk:
  • daha möhkəm olur,
  • daşınma zamanı daha az zədələnir,
  • daha gec kiflənir,
  • yığıldıqdan sonra uzun müddət təzə qalır.

Mayalar kiçik kapsullara yerləşdirilir və bu kapsullar tədricən qaz buraxaraq məhsulun saxlanma şəraitini yaxşılaşdırır. Bu sistem mini “spreylər” kimi fəaliyyət göstərir.

Gələcək planlar

Alimlər hazırda xüsusi örtük (xalça) üzərində də işləyirlər. Bu örtük mayaların ifraz etdiyi qazı udaraq qablaşdırma daxilində bərabər paylayacaq və çiyələyin qorunmasını daha da effektiv edəcək.

Bu texnologiyanın ilk prototipinin gələn il hazır olması gözlənilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu