27.6 C
Baku
10 Avqust 2026, 22:21
Texnologiya

Çin Ayın yeni geoloji xəritəsini hazırladı

Bugun.tv xəbər verir ki, çinli alimlər Ayın bütün səthini əhatə edən yeni geoloji xəritənin hazırlanmasını başa çatdırıblar. 1:5 000 000 miqyaslı xəritəyə əvvəlki versiyada olmayan yeni elmi məlumatlar daxil edilib.

Yeni xəritə Çinin Ay proqramı çərçivəsində aparılan tədqiqatların nəticələri əsasında hazırlanıb. Alimlər Ayın geoloji tarixini də yenidən nəzərdən keçirərək onun üç ən qədim geoloji dövrünün yaş sərhədlərini yeniləyiblər. Bu araşdırmalarda Çinin “Çanqe-5” missiyasının Ay səthindən gətirdiyi nümunələr mühüm rol oynayıb. Həmin nümunələrin təhlili Ayda vulkanik fəaliyyətin təxminən 2 milyard il əvvələ qədər davam etdiyini göstərib.

Xəritədə ilk dəfə “Çanqe-6” missiyasının Ayın Yerdən görünməyən tərəfindən gətirdiyi nümunələr əsasında əldə edilən məlumatlar da əksini tapıb. Bu məlumatlar Ayın uzaq tərəfindəki vulkanik fəaliyyətin tarixini daha ətraflı araşdırmağa imkan verir.

Yeni xəritədə Ayın 13 500-dən çox zərbə krateri və 81 zərbə hövzəsi göstərilib. Alimlər hesab edirlər ki, hazırlanan yeni kartoqrafik standart gələcəkdə Mars və asteroidlərin geoloji xəritələrinin hazırlanmasında da istifadə oluna bilər.

Mənbə: TV BRICS

Aynur Camal

Oxşar xəbərlər

Volkswagen-in əsas səhmdarları şirkətdə təcili islahat tələb edir

Aynur Camal

Çində dünyanın ilk “Robot 6S” mərkəzi istifadəyə verildi

Aynur Camal

Anthropic: Claude süni intellekti təhlükəsizlik sınaqları zamanı üç şirkətin sisteminə icazəsiz daxil olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu