4 C
Baku
23 Dekabr 2025, 3:25
Texnologiya

Çin BYD-nin marka dəyəri 12 milyard dolları ötür

Bugun.tv xəbər verir ki, müstəqil markaqiymətləndirmə konsaltinq firması Brand Finance-in 2024-cü il hesabatına görə, BYD marka dəyərini 20 faiz artıraraq 12,1 milyard dollara çatdırıb.

Son zamanlar çox diqqət çəkən avtomobil istehsalçısı BYD, Volkswagen-in Çin bazarındakı 15 illik liderliyinə son qoyaraq, Çinin ən çox satılan avtomobil markası olub. Əvvəlki ilə nisbətən yüzdə 62 böyüyərək, 2023-cü ildə 3 milyondan çox avtomobil satıb. O artıq ardıcıl 3 ildir ki, Çinin ən dəyərli markası seçilir.

Şirkət ötən ilin son rübündə 526 min 409 elektrikli avtomobil satıb. 6 qitədə 70-dən çox ölkəyə yayılan BYD, qlobal bazarda ixracını 334 faizdən çox artıraraq təxminən 243 minə çatdırıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Klaviaturadakı düymələrin səsindən parollar oğurlana bilir – ALİMLƏR XƏBƏRDARLIQ ETDİ

Teymur Əziz

“İnstagram”dan növbəti yenilik gəlir!

Teymur Əziz

“İnstagram”da sizi kimin blokladığını görmək üçün bu üsulu sınayın!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu