Texnologiya

Süd Yolunu yaradan iki yeni blok aşkarlandı

Bugun.tv xəbər verir ki, Alman tədqiqatçılar, 12-13 milyard il yaşı olan və Süd Yolu Qalaktikasının yaranmasında rol oynayan “Şakti” və “Şiva” adlı iki yeni bloku kəşf etdiklərini açıqlayıblar. Maks Plank Astronomiya İnstitutunun açıqlamasına görə, astronomlar Gaia Kosmik Teleskopundan əldə edilən təxminən 6 milyon ulduz haqqında məlumatları araşdırıblar. Süd Yolunun ən qədim tikinti bloklarından biri olduğu təxmin edilən “Şakti” və “Şiva”nın qalaktikanın mənşəyi haqqında mühüm məlumatlar əldə ediblər.

Tədqiqata rəhbərlik edən Almaniyanın Haydelberq şəhərindəki Maks Plank Astronomiya İnstitutunun alimləri, Süd Yolunun bu ulduzların doğulmasından bəri kəskin şəkildə dəyişdiyini deyirlər. Onların bu qədər aydın şəkildə görünəcəyi  gözlənilməz olub. Ancaq Gaia-dan alınan əvəzsiz məlumatlar bunu mümkün edib.

Məlumdur ki, qalaktika qaz və tozdan ibarət çoxlu uzun, nizamsız sapların birləşməsi nəticəsində əmələ gəlir.

Şakti və Şiva adlı ulduzlar da bu komponentlərdən ikisi kimi görünür. Mütəxəssislər Gaia-nın gələcəyə doğru daha çox məlumat verəcəyini deyirlər.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

ABŞ-Çin münasibətlərində yeni gərginlik: Süni intellekt texnologiyaları əsas müzakirə mövzusu olacaq

Aynur Camal

“Nəzarətdən çıxan süni intellekt ABŞ-ı qarışdırdı: Dayandırma düyməsinə basın”

Aynur Camal

Google süni intellekt sahəsində üç yeni modelini istifadəyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu