Baş xəbərDünya

Çin öz vətəndaşlarına ABŞ-a səyahət etmələri barədə xəbərdarlıq edib

Bugun.tv xəbər verir ki, Çin ABŞ-a səfər edəcək vətəndaşlarına gözlənilməz vəziyyətlərə hazır olmaq barədə xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyinin WeChat hesabında dərc edilən səyahət xəbərdarlığında, bəzi çinli tələbələrin və şirkət işçilərinin son vaxtlar ABŞ-dakı hava limanlarında polis tərəfindən qeyri-qanuni sorğu-sual və təqiblərlə qarşılaşdıqları xatırladılıb.

Açıqlamada Çin vətəndaşlarının baqajlarında olan telefon, kompüter və digər əşyaların bir-bir yoxlanıldığı və bəzilərinin ölkəyə girişinin qadağan edildiyi bildirib.

Bəyanatda qeyd olunub ki, Çin Xarici İşlər Nazirliyi, Vaşinqton səfirliyi və ölkədəki konsulluqlar bu məsələ ilə bağlı ABŞ hakimiyyətinə etiraz ediblər.

Bugün TV

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu