2 C
Baku
14 Dekabr 2024, 19:29
Dünya

Çin qoşunları Hindistan ərazisinə keçməyə cəhd edib

 Xarici xəbərlər. 

Yeni Dehli xəbər verir ki, Çin qoşunları Hindistan ərazisinə keçməyə cəhd edib.

Rajnath Singh bildirib ki, bu “məsələ diplomatik kanallar vasitəsilə Çin tərəfi ilə də müzakirə olunub. Hindistanın müdafiə naziri Rajnath Singh Çin Xalq Azadlıq Ordusunun (PLA) hərbçilərinin Arunaçal-Pradeş ştatında Hindistan ərazisini işğal etmək cəhdini təsdiqləyib. Agentliyin məlumatına görə, çinli hərbçilər iki ölkəni ayıran Faktiki Nəzarət Xəttinə (LAC) gəliblər, lakin Hindistan hərbçiləri tərəfindən “möhkəm və qətiyyətlə” dayandırılıblar.

“Onları öz postlarına qayıtmağa məcbur etdik. Toqquşma hər iki tərəfdən bir neçə şəxsi heyətin yaralanmasına səbəb olub. Lakin məsələ diplomatik kanallar vasitəsilə Çin tərəfi ilə də müzakirə olunub. Tərəflər “sərhəddə sülh və əmin-amanlığı qoruyub saxlamağa nail olublar”-müdafiə naziri Rajnath Singh bildirib.

“Qüvvələrimiz ərazi bütövlüyümüzü qorumağa sadiqdir və ona qarşı edilən istənilən cəhdin qarşısını almağa davam edəcək”, – yüksək səviyyəli hərbi rəsmi açıqlamasını belə yekunlaşdırıb. TASS.

Aynur Camal

Oxşar xəbərlər

Zorakılıqların davam etdiyi Ekvadorda yenidən fövqəladə vəziyyət elan edildi

Kəmalə Sultan

Xarkov vilayətində Kolesnikovka qəsəbəsi ələ keçirildi

Aynur Camal

Kaliforniyada zəlzələ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu