Texnologiya

Çin şirkəti Almaniyanın MediaMarkt və Saturn mağazalarının sahibini alır

Bugun.Tv xəbər verir ki, Çin elektron ticarət şirkəti “JD.com” Almaniyanın “Ceconomy” şirkətini almaq üçün Avropa İttifaqından son tənzimləyici razılığı əldə edib.

“Reuters”in məlumatına görə, təxminən 2,5 milyard dollar dəyərində olan sövdələşmə “MediaMarkt” və “Saturn” elektronika mağazalar şəbəkələrinin sahibini Çin şirkətinin nəzarətinə verəcək.

Avropa Komissiyası razılığı xarici subsidiyaların daxili bazarda rəqabətə təsirini tənzimləyən qaydalar çərçivəsində verib. Komissiya əvvəlcə “JD.com”un Çin hökumətindən güzəştli maliyyələşmə, vergi imtiyazları və qrantlar alaraq rəqibləri qarşısında üstünlük qazanıb-qazanmadığını araşdırıb.

JD.com, Ceconomy, MediaMarkt, Saturn, Almaniya, Çin şirkətləri, Avropa İttifaqı, elektron ticarət

Şirkət narahatlıqları aradan qaldırmaq üçün “Ceconomy” ilə maliyyə və digər əməliyyatları bazar şərtləri əsasında aparacağını, həmçinin anbar və logistika xidmətlərinə üçüncü tərəf satıcılarının da bərabər şərtlərlə çıxışını təmin edəcəyini öhdəsinə götürüb.

“Ceconomy”nin noyabrın 3-də yaydığı açıqlamaya əsasən, bütün əsas şərtlər yerinə yetirilib və əməliyyatın yaxın günlərdə tamamlanması gözlənilir.

 

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqında Google Gemini ilə bağlı müəllif hüquqları müzakirəsi gündəmə gəlib

Aynur Camal

Cənubi Koreya süni intellektə və yarımkeçiricilərə böyük sərmayə ayıracaq

Aynur Camal

Süni intellekt litium yataqlarının axtarışını sürətləndirəcək yeni sistem hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu