19 C
Baku
28 İyun 2025, 7:49
Siyasət

Çin Tayvanı işğal edərsə ABŞ buna cavab verəcəyini vəd edib.

Amerika prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşü zamanı Tayvan məsələsindən danışaraq adanı istənilən işğaldan qoruyacağını vəd edib.

Bugün.tv Sputnik International-a istinadən bildirir ki, Co Bayden, Pekin Tayvanı işğal edersə hərbi müdaxilə edib etməyəcəyi sualına “Bu, bizim üzərimizə götürülmüş öhdəlikdir .Biz vahid Çin siyasəti ilə razılaşdıq, ona qoşulduq … lakin bunun güclə alına biləcəyi fikri sadəcə uyğun deyil.” deyə cavab verib.

Bayden ABŞ-ın Tayvanı hücuma məruz qalacağı təqdirdə müdafiə edəcəyini ilk dəfə söyləmir, o keçən il də bu haqda deyib. Ağ Ev ABŞ-ın bu məsələ ilə bağlı siyasətini dəyişməyəcəyini vurğulayıb.
Çin və ABŞ arasında gərginlik son aylarda ABŞ-ın Taybeyə silah tədarükünün fonunda artıb. Eyni zamanda, Çin ABŞ-ın Tayvan məsələsi ilə bağlı bir sıra siyasətlərinə etiraz edib. Pekin ABŞ-ı “siyasi manipulyasiyaya son qoymağa” çağırıb və “dünyada yalnız bir Çin olduğunu” vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Bəhruz Məhərrəmov Milli Məclisin deputatı

Aynur Camal

Nigeriya vətəndaşlarını Sudandan təxliyə edəcək

Nigar Məmmədova

Almaniya Aİ-ni “Polşa, Çexiya və İsveçrə sərhədlərində” yoxlamalar aparacağı barədə xəbərdar edib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu