Amerika prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşü zamanı Tayvan məsələsindən danışaraq adanı istənilən işğaldan qoruyacağını vəd edib.
Bugün.tv Sputnik International-a istinadən bildirir ki, Co Bayden, Pekin Tayvanı işğal edersə hərbi müdaxilə edib etməyəcəyi sualına “Bu, bizim üzərimizə götürülmüş öhdəlikdir .Biz vahid Çin siyasəti ilə razılaşdıq, ona qoşulduq … lakin bunun güclə alına biləcəyi fikri sadəcə uyğun deyil.” deyə cavab verib.
Bayden ABŞ-ın Tayvanı hücuma məruz qalacağı təqdirdə müdafiə edəcəyini ilk dəfə söyləmir, o keçən il də bu haqda deyib. Ağ Ev ABŞ-ın bu məsələ ilə bağlı siyasətini dəyişməyəcəyini vurğulayıb.
Çin və ABŞ arasında gərginlik son aylarda ABŞ-ın Taybeyə silah tədarükünün fonunda artıb. Eyni zamanda, Çin ABŞ-ın Tayvan məsələsi ilə bağlı bir sıra siyasətlərinə etiraz edib. Pekin ABŞ-ı “siyasi manipulyasiyaya son qoymağa” çağırıb və “dünyada yalnız bir Çin olduğunu” vurğulayıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri