Dünya

Çin Tayvanın sərhədlərini pozdu

Bildirilib ki, Tayvan adası ətrafında 22 Çin hərbi təyyarəsi aşkar edilib və onlardan 12-si tərəflərin Tayvan boğazında təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xəttini keçib. Tayvan Müdafiə Nazirliyinin X sosial media platformasındakı hesabından verilən açıqlamada, bu gün səhər saatlarından etibarən adanın ətrafında 22 təyyarənin göründüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, 22 hərbi təyyarədən 12-si Tayvan boğazında nominal “orta xətt”dən kənara çıxıb və Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidə uçub.

ABŞ dövlət katibi Antoni Blinkenin aprelin 24-26-da Çinə səfərini başa vurduqdan sonra uçuşların intensivləşməsi diqqət çəkib. Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ağ Ev: “Rusiyanın hərb sənayesini zəiflətmək üçün Qərb sanksiyalarını sərtləşdirir”

Nigar Məmmədova

Dünyanın ən uzun müsahibəsi rekordu!

Aynur Camal

İki məhəllə arasında dava düşdü, 7 nəfər yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu