3 C
Baku
15 Dekabr 2025, 0:29
DünyaSiyasət

Çin Xalq Respublikasının sədri Rusiyaya səfər edib

Bugun.tv xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib.

Sİ Cinpinin təyyarəsi Moskva vaxtı ilə saat 12:59 radələrində  Vnukovo hava limanına enib.

Çinin Hongqi (Qırmızı Bayraq) avtomobili ölkə prezidentini hava limanının qarşısında gözləyib.

“Səfər martın 20-dən 22-dək davam edəcək. Rusiya prezidenti Vladimir Putin və Si Cinpin  Kremldə təkbətək danışıqlar aparacaq. Danışıqlar martın 21-də də davam edəcək. O zaman liderlərə nümayəndə heyətlərinin üzvləri də qatılacaq. Bundan əlavə, Si Cinpinin çərşənbə axşamı səhər Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. Səfər ciddi şəkildə işgüzar səfər olacaq”,- Kremlin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Çin liderinin martın 10-da Ümumçin Xalq Nümayəndələri Konqresində (parlament) üçüncü müddətə seçildikdən sonra etdiyi ilk dövlət səfəridir.

Mənbə:TASS

 

Bugün TV

Oxşar xəbərlər

Putin universitetlərdən arxaik təhsil proqramlarını yığışdırmağa çağırıb

Aynur Camal

870 ailə üçün çadır şəhərciklər quruldu!

Aynur Camal

Medvedev SVO-nun nə vaxt bitəcəyini bildirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu