Bugun.tv xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib.
Sİ Cinpinin təyyarəsi Moskva vaxtı ilə saat 12:59 radələrində Vnukovo hava limanına enib.
Çinin Hongqi (Qırmızı Bayraq) avtomobili ölkə prezidentini hava limanının qarşısında gözləyib.
“Səfər martın 20-dən 22-dək davam edəcək. Rusiya prezidenti Vladimir Putin və Si Cinpin Kremldə təkbətək danışıqlar aparacaq. Danışıqlar martın 21-də də davam edəcək. O zaman liderlərə nümayəndə heyətlərinin üzvləri də qatılacaq. Bundan əlavə, Si Cinpinin çərşənbə axşamı səhər Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. Səfər ciddi şəkildə işgüzar səfər olacaq”,- Kremlin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Qeyd edək ki, bu, Çin liderinin martın 10-da Ümumçin Xalq Nümayəndələri Konqresində (parlament) üçüncü müddətə seçildikdən sonra etdiyi ilk dövlət səfəridir.
Mənbə:TASS