Baş xəbərDünya

Çin “Yaogan-33” uzaqdan zondlama peykini orbitə buraxdı

Bugun.tv xəbər verir ki, Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yerin müşahidə peykini göndərib. Çinin Sinxua xəbər agentliyinin xəbərinə görə, “Yaogan-33 03” peyki ölkənin şimal-qərbindəki Ciuchuen Peyk Atma Mərkəzindən Long March 4C raketi ilə orbitə buraxılıb.

Bildirilib ki, peyk buraxılışdan sonra planlaşdırılmış orbit mövqeyində qərarlaşıb.

Buraxılış Long March raketləri ilə yerinə yetirilən 486-cı missiya idi.

Məlumat verilib ki, uzaqdan zondlama funksiyasına malik optik peyk i təcrübələr, torpaq ehtiyatlarının monitorinqi, məhsulun proqnozlaşdırılması və fəlakətlərin qarşısının alınması və mühafizə işlərinə dəstək üçün istifadə olunacaq.

 

Bugün TV

Oxşar xəbərlər

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bitkilər temperatur dəyişikliklərini necə hiss edirlər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu