DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bugun.tv–yə cinayətlə bağlı məlumat verib.
Məlumata görə, Gədəbəy rayonun Novosaratovka kəndində 2 nəfər bıçaq xəsarəti alıb, 1 nəfərin isə qətlə yetirilib.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir