12 C
Baku
30 Aprel 2026, 21:15
Baş xəbərKriminal

Cinayət törədildi: 2 nəfər xəsarət aldı, 1 nəfər isə öldü

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bugun.tvyə cinayətlə bağlı məlumat verib.

Məlumata görə, Gədəbəy rayonun Novosaratovka kəndində 2 nəfər bıçaq xəsarəti alıb, 1 nəfərin isə qətlə yetirilib.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu